“Üçüncü Qarabağ savaşının olması mümkün deyil. Lakin 10 noyabr bəyanatı Ermənistan tərəfindən yerinə yetirilmirsə, təxribatlar olacaqsa, qeyri-qanuni silahlı qüvvələr bölgədə qalacaqsa Azərbaycan hökuməti səbrlə antiterror əməliyyatı apara bilər və aparır”.
Bunu hafta.az-a politoloq Teymur Qasımlı Qarabağda baş verən son proseslərin növbəti inkişafı barədə açıqlamasında bildirib.
Onun fikrincə, sərhəddə və Qarabağda baş verən terror əməlləri ABŞ və Fransanın Azərbaycanla Ermənistan tərəflərini görüşdürüb müəyyən danışıqlar aparmaq istəyinə qarşı Rusiyanın yönəldtiyi bir təxribatdır.
“Azərbaycan dövlətinə qarşı çox böyük təzyiq var. Status məsələsi və ən əsası da Xankəndi bizdən tələb edilir. Azərbaycan buna qarşı çıxdığına görə və qərblə aparılan pərdəarxası təmaslardan qorxuya düşən Rusiya sərhəd gərginliyini artırır”.